
Fransa klubu baş məşqçisini istefaya göndərdi
- 08 Apr 2025 17:00
- 105
"Monpelye" baş məşqçisi Jan-Lui Qasse ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
71 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, ötən ilin oktyabrından komandaya rəhbərlik edirdi.
"Monpelye" Liqa 1-də ardıcıl 9 matçda uduzub. Komanda hazırda turnir cədvəlində 15 xalla sonuncu - 18-cidir.