“Lion” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Havr” klubundan Tino Kadevere ilə müqavilə imzalayıb.

Bu barədə Liqa 2 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Kadevere mövsümün sonuna qədər “Havr”da icarədə qalacaq. Zimbabveli hücumçu 2020-ci ilin yayında “Lion”a qoşulacaq.

Bu mövsüm Liqa 2-də “Havr” formasıyla 20 oyuna çıxan Kadevere, 18 qolla çempionatın bombardiridir.