Fransanın futbol üzrə altıqat çempionu olan "Bordo" klubu fəaliyyətini dayandıra bilər.

Rekord.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

Klub borclarını ödəmək üçün təcili olaraq 40 milyon avro tapmalıdır. Əks halda, "jirondinlər" iflas və ləğv üçün müraciət edəcək.

Klub rəhbərliyi "Liverpul"un sahibi olan Amerika şirkəti ilə danışıqlar aparsa da, nəticəsiz qalıb.

"Bordo" 2023/24 mövsümünü Liqa 2-də 12-ci yerdə başa vurub.