![photo](https://www.rekord.az/storage/uploads/5/klinton-mata.jpg)
Fransa klubu bu iki futbolçu üçün 9 milyon avro ödədi
- 07 İyl 2023 17:00
- 248
Lion “Olimpik”i heyətini yeni futbolçularla gücləndirib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi Belçikanın “Brügge” klubunun sağ cinah müdafiəçisi Klinton Mata ilə “Soşo”nun yarımmüdafiəçisi Skelli Alveronu transfer edib.
“Olimpik” bu transferlərə görə “Brügge”yə 5, “Soşo”ya isə 4 milyon avro ödəyib. 30 yaşlı Mata ilə 3, 21 yaşlı Alvero ilə 5 illik müqavilə imzalanıb.
Mata karyerası ərzində “Eupen”, “Şarlerua” və “Genk”də də oynayıb. O, Anqola yığmasında da 8 oyun keçirib. Alvero isə indiyə qədər yalnız yetirməsi olduğu “Soşo”da oynayıb.