![photo](https://www.rekord.az/storage/uploads/5/kasper-dolberq-1.jpg)
Fransa klubu Dolberqi satdı
- 09 İyl 2023 12:20
- 292
Fransanın “Nitsa” klubunun hücumçusu Kasper Dolberq Belçika “Anderlext”inə transfer olunub.
Rekord.az xbər verir ki, Danimarka milli komandasının da üzvü olan 25 yaşlı forvard yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
“Anderlext” bu transfer üçün fransızlara 5 milyon avro ödəyib.
Dolberq 2019-cu ildən “Nitsa”nın formasını geyinirdi. O, ötən mövsüm “Sevilya” və “Hoffenhaym”da icarədə olub.