Fransa klubu fəaliyyətini dondurdu
- 19 Mar 2020 16:41
- 648
Fransanın “Olimpik” (Lion) klubu fəaliyyətini dayandırıb.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi koronavirus pandemiyası səbəbiylə müvəqqəti olaraq fəaliyyətini dondurub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub, bütün komandalarının fəaliyyətini dayandırdığını bildirib. Bu vəziyyətdə klubun futbolçulara məvacib ödəməsini də dayandıracağı gözlənilir.