Fransanın "Metz" klubu Gürcüstan millisinin hücumçusu Jorc Mikautadzenin transferini rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, Mikautadze ötən mövsümün ikinci yarısını icarə əsasında "Metz"də keçirib. O, müqavilə ilə "Ayaks"a məxsus idi.

Bu gün isə "Metz" 23 yaşlı hücumçunu birdəfəlik transfer edib. Bu barədə "Ayaks"  məlumat yayıb. 

Fransa klubunun Mikautadze üçün 13 milyon avro ödəyəcəyi bildirilir.

Xatırladaq ki, Mikautadze 2017-ci ildən "Metz"in futbolçusu idi. 2023-cü ilin yayında "Ayaks" onu 16 milyon avroya alıb, lakin 6 ay sonra forvardı 6 aylıq "Metz"ə icarəyə göndərib. Ümumilikdə, Mikautadze bu müddət ərzində 19 oyun keçirib, 12 qol vurub və 1 qol ötürməsi verib.

23 yaşlı hücumçu Gürcüstan millisinin heyətində AÇ-2024-də çıxış edib. Mikautadze 4 oyunda 3 qol vurub və 1 qolun ötürməsini edib.