Fransanın “Olimpik” (Marsel) klubunun idman direktoru Andoni Subisaretta vəzifəsindən ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

58 yaşlı Subisaretta 2016-cı ilin oktyabrından Marsel təmsilçisində idi.

Marsel “Olimpik”i koronavirusa görə erkən yekunlaşdırılan Liqa 1-də mövsümü 2-ci yerdə bitirib.