Fransa klubunda baş məşqçi ayrılığı
- 02 May 2024 21:21
- 192
Fransanın "Reyms" klubu baş məşqçisi Uill Stilli bu mövsümün sonunda istefaya göndərəcək.
Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Onunla 2023/2024 mövsümünün sonunda başa çatacaq müqavilənin müddəti yenilənməyəcək.
Still 2022-ci ilin oktyabrından Fransa Liqa-1 təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda hazırda ölkə çempionatında 11-ci pillədə qərarlaşıb