Fransa klubunda baş məşqçiylə yeni müqavilə
- 2020-03-22 19:30
- 587
Fransanın “Strasburq” klubu baş məşqçisi Tyerri Lorenin müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi 56 yaşlı mütəxəssislə müddəti 2021-ci ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2016-cı ildən “Strasburq”u çalışdıran Lorenin müqaviləsi mövsümün sonuna qədər idi. “Strasburq” Liqa 1-də 11-ci sıradadır.