Fransanın “Nant” klubunda 5 nəfər koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Virusa yoluxan şəxslərin adları açıqlanmayıb.

Keçən həftə “Nant”da biri futbolçu Markus Koko və ikisi klub işçisi olmaqla, üç nəfərin koronavirus testinin müsbət nəticələndiyi bildirilmişdi.