Fransa klubunda yeni baş məşqçi
- 15 Okt 2019 10:30
- 956
Fransanın “Tuluza” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisinin rəhbərliyi komandanı Antuna Kombuareyə həvalə edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssis yeni klubu ilə 2021-ci ilin yayına qədər müqavilə imzalayıb.
Kombuare baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilən Alen Kazanovu əvəz edib. Onun istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olmuşdu.
Qeyd edək ki, “Tuluza” Liqa 1-də geridə qalan 9 turdan sonra 9 xalla 20 kollektiv arasında 18-ci sırada qərarlaşıb.