
Fransa klubunda yeni baş məşqçi
- 01 İyl 2023 11:30
- 313
“Nitsa”nın yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra italiyalı Françesko Farioli çalışdıracaq.
34 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Farioli karyerası ərzində Türkiyədə "Fatih Karagümrük" və "Alanyaspor"u çalışdırıb. O, bu ilin fevralından işsiz idi.