Fransanın “Sent-Etyen” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi gənc hücumçu Jan-Filipp Krassonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Epinal”dan transfer olunan 22 yaşlı forvardla 2023-cü ilin iyun ayına kimi müqavilə bağlanılıb.

Krasso bu mövsüm “Epinal”ın heyətində xüsusilə Fransa kuboku çərçivəsindəki performansı ilə diqqət mərkəzinə düşmüşdü. O, bu komandada 5 kubok matçında 4 qola imza atmışdı.