Fransanın “Sent-Etyen” klubu futbolçusu Uesli Fofanayla yeni müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

“Sent-Etyen”in yetirməsi olan Fofana, bu mövsüm Liqa 1-də 14 oyunda iştirak edib. Fransız futbolçunun əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi.