Fransanın “Renn” klubu icarə əsasında komandada çıxış edən Stiven Nzonzinin müqaviləsinin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi 31 yaşlı yarımmüdafiəçinin müqaviləsində olan bir illik uzadılma şərtindən istifadə edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qış transfer pəncərəsi dövründə “Renn”ə keçən Nzonzi, Liqa 1-də 7 oyunda iştirak edib.

Fransız yarımmüdafiəçi müqavilə ilə “Roma”ya məxsusdur.