Fransanın “Reyms” klubu yarımmüdafiəçisi Moreto Kassama ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2024-cü ilin yayına qədərdi.

Qvineya-Bisauda anadan olsa da, futbolun sirlərinə Portuqaliyada yiyələnən, hətta bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Kassama, “Portu”nun yetirməsidi. O, 2019-cu ilin yanvarından “Reyms”də çıxış edir.