Fransanın “Bordo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi Portuqaliyanın “Braqa” klubunun yarımmüdafiəçisi Franserjio Barbosanı transfer edib.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı braziliyalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 

“Bordo” bu transferə görə 4.5 milyon avrosundan keçib. Lakin müqavilədə nəzərdə tutulmuş bonuslarla bu məbləğ 7.5 milyon avroya qədər arta bilər.

Franserjio Barbosa 2017-ci ildən “Braqa”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 149 oyunda 22 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.