Fransanın “Anje” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Bordo”dan Pol Bernardonini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı qapıçı ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

“Anje” fransız futbolçu üçün “Bordo”ya 7 milyon avro ödəyib.