Fransanın “Nitsa” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Atletiko Paranaense” klubundan Robson Bambunu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Nitsa” 22 yaşlı müdafiəçi üçün 8 milyon avro ödəyib.

Bambu 2020-ci ilin iyulunda “Nitsa”ya qoşulacaq. “Santos”un yetirməsi olan müdafiəçi 2019-cu ilin yayından “Atletiko Paranaense”də çıxış edir. Bambu, 23 yaşadək futbolçulardan ibarət Braziliya yığmasının da üzvüdü.