![photo](https://www.rekord.az/storage/uploads/5/iliman-ndiaye.jpg)
Fransa klubundan daha iki transfer
- 02 Avq 2023 14:30
- 281
Marsel “Olimpik”i heyətini iki yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Selta”nın qapıçısı Ruben Blanko və “Şeffild Yunayted”in yarımmdafiəçisi İliman Ndiayeni transfer edib.
Fransa klubu 28 yaşlı ispan qapıçının transferi üçün “Selta”ya 1,5 milyon avro ödəyib. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Ndiayenin transferi üçün isə İngiltərə klubuna 17 milyon avro ödənilib. Seneqallı futbolçu Marsel təmsilçisi ilə 5 illik sözləşməyə imza atıb.