Fransa klubundan milli üzvüylə yeni müqavilə
- 28 İyn 2020 18:40
- 669
Fransanın “Olimpik” (Marsel) klubu futbolçusu Dimitri Payetin müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Marsel kluvu 33 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayıb.
Payet, məvacibinin 30 faiz azaldılmasına da razı olub. Fransa milli komandasına da dəvət alan yarımmüdafiəçi, 2017-ci ildən “Olimpik”də forma geyinir.