![photo](https://www.rekord.az/storage/uploads/5/akabar-silla-780x470.jpg)
Fransa klubundan rekord qiymətə transfer
- 16 İyl 2023 12:30
- 324
Fransa “Strasburq”u “Brügge”nin müdafiəçisi Akabar Sillanı transfer edib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Bu, Liqa 1 təmsilçisinin tarixində rekord məbləğə həyata keçirdiyi transfer kimi yadda qalıb (20 milyon avro).
Silla başa çatan mövsümdə “Brügge”nin heyətində 27 oyunda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.