![photo](https://www.rekord.az/storage/uploads/5/oskar-kortes-768x470.jpeg)
Fransa klubundan yeni transfer
- 15 İyl 2023 16:46
- 260
Fransa təmsilçisi “Lans” Kolumbiya klubu “Millonarios”dan hücumçu Oskar Kortesi transfer edib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı oyunçu ilə 2028-ci ilə qədər olan müqavilə imzalanıb.
Kortes 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 19 oyuna çıxıb, altı qol vurub və üç məhsuldar ötürmə edib.
Xatırladaq ki, Liqa 1 klubu belçikalı forvard Lua Opendanın “Leypsiq”ə gedişindən sonra hücum xəttində yaranan boşluğu Oskarla doldurub.