Türkiyənin “Lill” klubunda avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, Türkiyə millisinin hücumçusu Burak Yılmaz Liqa 1 təmsilçisində ötən ayın ən yaxşısı elan olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyəli hücumçunun azarkeşlər arasında aparılan səsvermə nəticəsində ən yaxşı seçildiyi diqqətə çatdırılıb.

Burak avqustda “Lill”in heyətində 4 matça çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, türkiyəli hücumçu ötən mövsümdə də “Lill”in heyətində dekabr və aprel aylarının ən yaxşı oyunçusu elan edilmişdi.