Fransanın “Sent-Etyen” klubunun sabiq futbolçusu Robert Herben dünyasını dəyişib.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağciyər və ürək problemləri olan 81 yaşlı əfsanəvi futbolçunun xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

Fransa millisində də forma geyinmiş Herben, 1957-1972-ci illərdə “Sent-Etyen”in şərəfini qoruyub.