Fransanın "Sent Etyen" klubunun sabiq futbolçusu Raşid Meklufi vəfat edib.


Rekord.az xəbər verir ki, bu barədə "ağ-yaşıllar"ın mətbuat xidməti məlumat yayıb.


Əlcəzair millisində çıxış etmiş yarımmüdafiəçi 89 yaşında dünyasını dəyişib.


O, 152 qolla "Sent Etyen"in tarixində bombardirlər siyahısında ikinci yeri tutur. Meklufi bu klubun heyətində 4 dəfə Fransa çempionatının və ölkə kubokunun qalibi olub.