Fransa klubunun sabiq prezidenti koronavirusdan öldü
- 01 Apr 2020 13:21
- 1057
Fransanın “Olimpik” (Marsel) klubunun sabiq prezidenti Pap Diuf koronavirusdan ölüb.
Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, pandemiyaya yoluxan 68 yaşlı sabiq rəhbərin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Diuf 2005-2009-cu illər aralığında Marsel klubunun prezidenti olub.
Xatırladaq ki, bundan əvvəl "Vitess"in sabiq prezidenti Kes Bekker və "Real"ın sabiq rəhbəri Lorenso Sans koronavirusudan dünyasını dəyişmişdi.