Fransa millisinin baş məşqçisi: "Azərbaycana daha çox top vura bilərdik"
- 11 Okt 2019 18:00
- 853
"Seçmə mərhələdə bizim üçün yaxşı başlanğıc oldu. İlk oyunda qələbə qazanmaq xoşdur".
Rekord.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Fransa yığmasının baş məşqçisi Silven Ripol Avro-2021-nin seçmə mərhələsində millimizə qalib gəldikləri oyundan sonra deyib.
O, Fransa Futbol Federasiyasının rəsmi saytına açıqlamasında 5:0 hesablı qələbəyə baxmayaraq, komandasının daha çox qol vurmalı olduğunu bildirib: "Topa sahib olan, oyuna nəzarət edən biz idik. Çoxsaylı qol imkanları yaratsaq da, onlardan yararlanmaq üçün dəqiqlik çatmadı. Xüsusən də, ikinci hissədə effektli oynaya bilmədik. Daha böyük hesabla qalib gələ bilərdik. Bəzi futbolçularımızın potensialı böyükdür. Ancaq hücumları məntiqi sonluğa çatdırmağı və hücum keyfiyyətini yaxşılaşdırmalıyıq”.