Fransa milli komandasının sabiq futbolçusu Jeremi Menez yenidən İtaliyaya qayıdıb.

Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçu “Recina”ya transfer olunub.

Bu barədə C Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Menez “Recina”yla üç illik müqavilə imzalayıb.

Menezin son klubu Fransa “Paris”i olub. Hücumçu, 2-ci liqa təmsilçisiylə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.

Karyerası ərzində “Roma”, PSJ, “Milan”, “Monako”, “Bordo” kimi klublarda çıxış edən hücumçu, 24 dəfə də Fransa milli komandasının formasını geyinib.