Fransa millisinin sabiq üzvündən Meksika klubu ilə 3 illik müqavilə
- 27 Fev 2021 18:00
- 711
Futbol üzrə Fransa yığmasının sabiq hücumçusu Andre Pyer Jinyak Meksikanın “Tiqres” klubu ilə müqavilə yeniləyib.
Rekord.az xəbər verir ki, 35 yaşlı futbolçu 3 illik yeni müqaviləyə imza atıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Jinyak 2015-ci ildən “Tiqres”in uğurları üçün çalışır. O, bu komandanın heyətində 250 matça çıxıb, 147 qola imza atıb. Bununla da o, klub tarixinin ən çox qol vurmuş futbolçusu hesab olunur.
Fransız hücumçu 4 dəfə Meksika çempionu olub. O, KONKAKAF Çempionlar Liqasında da baş mükafata sahib çıxıb.