Fransa milli komandasının futbolçusu Vissam Ben Yedder koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

30 yaşlı hücumçunun Finlandiya ilə yoxlama oyunundan (0:2) sonra verdiyi koronavirus testi müsbət çıxıb və Ben Yedder millinin düşərgəsini tərk edib.

“Monako” klubuna məxsus olan hücumçu yenidən koronavirus testindən keçəcək.