![photo](https://www.rekord.az/storage/uploads/5/ndur.jpg)
Fransa nəhəngi italiyalı futbolçu ilə gücləndi
- 13 İyl 2023 13:30
- 325
PSJ 18 yaşlı yarımmüdafiəçi Şer Nduru transfer edib.
Rekord.az xəbər verir ki, italiyalı oyunçu ilə imzalanan müqavilənin müddəti 2028-ci ilin yayına qədərdir.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ndur PSJ-yə azad agent kimi keçib. O, yeni komandasında 27 nömrəli forma geyinəcək.
Ndur İtaliyanın U-20 yığmasının oyunçusudur. O, ötən mövsüm "Benfika"nın ikinci komandasında 57 matça çıxıb, 5 qola imza atıb.