Bu gün futbol üzrə UEFA Millətlər Liqasında daha 9 oyun keçirilib.

 

Rekord.az xəbər verir ki, A, C və D liqasında baş tutacaq matçlardan sonra 2-ci tura yekun vurulub.

 

A Liqasının 2-ci turunda Belçika evdə İslandiyanı, Danimarka isə İngiltərəni qəbul edib. Belçika darmadağınla qalib gəldiyi halda, Danimarkada heç-heçə qeydə alınıb.

 

3-cü qrupda Xorvatiya səfərdə Fransanın, Portuqaliya İsveçin qonağı olub. Fransızlar evdə, portuqallar səfərdə inamlı qələbəyə seviniblər.

 

C liqasında Kipr – Azərbaycan görüşü ilə yanaşı, daha 3 matç oynanılıb. Millimizin qələbəyə sevindiyi gündə qrupun digər oyununda Monteneqro da səfərdə Lüksemburqdan üstün olub. Gürcüstan isə Şimali Makedoniya ilə ev oyunundan xal itkisi ilə ayrılıb. Estoniya da səfərdə Ermənistana uduzub.

 

D liqasının yeganə görüşündə isə San Marino Lixtenşteynlə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

 

UEFA Millətlər Liqası

8 sentyabr

 

A Liqası, 2-ci qrup

 

Belçika – İslandiya 5:1

Qol: Vitsel, 13. Batşuayi, 17; 69. Mertens, 50. Doku, 80 – Fridyonsson, 11.

 

Danimarka – İngiltərə 0:0

 

Belçika – 6, İngiltərə – 4, Danimarka – 1, İslandiya – 0

 

A Liqası, 3-cü qrup

 

Fransa – Xorvatiya 4:2

Qol: Qrizmann, 43. Livakoviç, 45+1-öz qapısına. Upamekano, 65. Jiru, 77-pen – Lovren, 17. Brekalo, 55.

 

İsveç – Portuqaliya 0:2

Qol: Ronaldo, 45+1; 72-pen.

 

Portuqaliya – 6, Fransa – 6, İsveç – 0, Xorvatiya – 0

 

C Liqası, 1-ci qrup

 

Kipr – Azərbaycan 0:1

Qol: M.Medvedev, 29.

 

Lüksemburq – Monteneqro 0:1

Qol: Beqiray, 90+3-pen.

 

Monteneqro – 6, Lüksemburq – 3, Azərbaycan – 3, Kipr – 0

 

C Liqası, 2-ci qrup

 

Gürcüstan – Şimali Makedoniya 1:1

Qol: Okriaşvili, 13-pen – Ristovski, 33.

 

Ermənistan – Estoniya 2:0

Qol: Karapetyan, 43. Anqulo, 65.

 

Şimali Makedoniya – 4, Gürcüstan – 4, Ermənistan – 3, Estoniya – 0

 

D Liqası, 2-ci qrup

 

San-Marino – Lixtenşteyn 0:2

Qol: Hasler, 3. Frik, 14.

 

Lixtenşteyn – 3, Cəbəllütariq – 3, San Marino – 0