Fransanın Sen-Loren-du-Var şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 3-cü mərhələsi keçirilib.

Rekord.az xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən güləşçilərin hamısı medal qazanıb.

İbrahim Yusubov (90 kq) çempion olub. Ramiz Həsənov (70 kq) və Oyan Nəzəriani (+90 kq) isə üçüncü yeri tutub.

Beləliklə, çimərlik güləşi üzrə millinin üzvləri Dünya Seriyasının III mərhələsində 1 qızıl və 2 bürünc medal əldə edib.

4-cü mərhələ 9-10 sentyabrda Rumıniyanın Konstanta şəhərində keçiriləcək.