Fransada koronavirusla bağlı yeni karantin qərarlarının verilməsinə baxmayaraq, çempionat dayandırılmayacaq.

Rekord.az Fransa Futbol Federasiyasına istinadən xəbər verir ki, Liqa 1 və Liqa 2-nin oyunları növbəti qərara qədər oynanılacaq. 

Ölkə daxilində peşəkar səbəblərdən səyahətlərin edilməsinə icazə verildiyi üçün oyunların keçirilməsində hansısa problem yaranmır. Gənclər və daha aşağı yaş qrupu üzrə keçirilən turnirlər isə müvəqqəti dayandırılacaq. Bundan başqa, Fransa kubokunun da oyunlarına dekabrın 1-dək fasilə veriləcək.

Koronavirus səbəbiylə Fransa çempionatının 9-cu turu çərçivəsində keçirilməli olan “Olimpik” (Marsel) – “Lans” oyunu təxirə salınmışdı.