Fransada daha bir klub baş məşqçisi ilə vidalaşdı
- 27 May 2021 19:45
- 534
Fransanın “Strasburq” klubu baş məşqçisi Tyerri Lore ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 57 yaşlı mütəxəssisin klubla müqaviləsinin müddətini artırmaq istəmədiyi və bu üzdən də tərəflərin yollarını ayırdığı diqqətə çatdırılıb.
Qeyd edək ki, Lore 2016-cı ildən “Strasburq”a rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında Liqa 1-dəki son mövsümü 15-ci pillədə başa vurub.