Fransa Futbol Federasiyası koronavirus pandemiyasına görə təxirə salınan bir sıra liqalarla bağlı qərarını açıqlayıb.

Rekord.az xəbər verir ki, FFF həvəskar statusu daşıyan 4-cü, 5-ci və regional liqalarda cari mövsümün ləğv olunduğunu bəyan edib.

Həmçinin qadınlar arasında 2-ci liqada, futzal və gənclərin birinciliklərində mövsümün vaxtından əvvəl başa çatdırıldığı bildirilib.

Sözügedən çempionatlarda qaliblər, aşağı dəstəyə düşənlər və elitaya yüksələnlər turnir cədvəlində martın 13-nə olan sıralamaya əsasən müəyyənləşib. Çünki Fransada liqalar məhz həmin gündən etibarən dayandırılıb.