Koronavirus pandemiyasına görə Liqa 1-in erkən dayandırıldığı Fransada kubok yarışları ilə bağlı fərqli qərar verilib.

Rekord.az xəbər verir ki, Fransa Futbol Federasiyası ölkə kuboku və liqa kubokunun final qarşılaşmalarının iyul ayında təşkil olunacağını açıqlayıb.

Belə ki, Fransa kubokunun həlledici görüşü iyulun 24-də PSJ ilə “Sent-Etyen” arasında baş tutacaq. Bu qarşılaşma “Stad de Frans” stadionunda keçiriləcək.

Fransa Liqa kubokunun həlledici matçında isə PSJ ilə Lion “Olimpik"i üz-üzə gələcək. Bu oyun da eyni stadionda keçiriləcək, lakin iyulun 31-də baş tutacaq.

Qeyd edək ki, Liqa 1-də 2020/21 mövsümünə də avqustun 23-də start veriləcək.