Fransalı futbolçu İspaniya klubuna keçdi
- 22 Avq 2024 14:30
- 119
İspaniya təmsilçisi "Vilyarreal" fransalı hücumçu Tyerno Barrini transfer edib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə müddəti 2029-cu ilə qədər olan müqavilə bağlanıb.
"Transfermarkt" portalı İspaniya klubunun bu futbolçu üçün 14 milyon avro ödədiyini yazıb.
Barri 2023-cü ildən İsveçrənin "Bazel" klubunda çıxış edir. O, komandanın heyətində meydana çıxdığı bütün turnirlərdə 41 oyun keçirib, 20 qol vurub, 5 məhsuldar ötürmə edib. La Liqanın 2024/2025 mövsümünün ilk turundan sonra "Vilyarreal" 1 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.