Fransanı Olimpiya Oyunlarında təmsil edən azərbaycanlı
- 23 İyl 2021 12:42
- 737
Yay Olimpiya Oyunlarında xarici ölkə milli komandalarının tərkibində əslən azərbaycanlı idmançılar da var.
Rekord.az xəbər verir ki, onlardan biri Fransanın boks yığmasında yer alıb.
Bu haqda hazırda Tokioda Azərbaycan nümayəndə heyətində yer alan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Qabil Mehdiyev məlumat verib. "Olimpiadanın boks yarışlarında, +91 kq çəkidə Fransanı azərbaycanlı balası Murad Əliyev təmsil edəcək. Atası Ağdamdan, anası isə Bərdədən olan Murad Moskvada doğulub" - deyə o bildirib.
Qeyd edək ki, 25 yaşlı M.Əliyev 2019-cu ildə Minskdə keçirilən Avropa Oyunlarında gümüş medal qazanıb.