Fransızlar avtoqolla qalib gəldilər
- 18 İyn 2024 01:01
- 157
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyun baş tutub.
Rekord.az xəbər verir ki, Fransa millisi Avstriya ilə üz-üzə gəlib.
Görüşün taleyini bir qol həll edib. Maksimilian Vöberin 38-ci dəqiqədə avtoqolu fransızlara qələbə qazandırıb.
Xatırladaq ki, ötən gün bu qrupda Niderland yığması Polşanı məğlub etmişdi - 2:1.
AÇ-2024
D qrupu
17 iyun
Avstriya - Fransa 0:1
Qol: Maksimilian Vöber, 38-öz qapısına.
Baş hakim: Xesus Xil Mansano (İspaniya).
Düsseldorf ("Düsseldorf Arena").