Futbol hakimləri dövlətdən pul alacaq
- 16 Apr 2020 14:00
- 732
Futbol hakimləri AFFA-dan yox, dövlətdən maddi yardım alacaq.
Rekord.az xəbər verir ki, hakimlər AFFA-dan maaş almasa da əməkdaşlıq edir və hər birinin VÖEN-i var.
Bu isə o deməkdir ki, aldıqları qonorardan vergi ödəyirlər. Məhz vergi ödəyicisi kimi qeydiyyatda olduqları üçün də dövlət tərəfindən vergi ödəyicilərinə olunan güzəştdən paylarını alacaqlar.