![photo](https://www.rekord.az/storage/uploads/4/neftcala2.jpg)
Futbol üzrə Neftçala çempionatının final mərhələsi keçirilib
- 10 İyl 2023 10:00
- 282
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunmuş Neftçala Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında futbol idman növü üzrə rayon birinciliyinin final mərhələsi və qalib komandaların mükafatlandırma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, təşkilatçı qurum rəhbəri Araz Əhmədov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Neftçala şəhər, Bankə, Həsənabad və Xıllı qəsəbə, Sarıqamış, Kürkənd, Yenikənd, Tatarməhlə, Aşağı Qaramanlı, Aşağı Surra, Boyat, Cəngən, Xolqarabucaq, Xəzərkənd, Xolqaraqaşlı və Qırmızıkənd kənd inzibati ərazi dairələri üzrə 16 nümayəndəliyin qatıldığı və 01 iyun 2023-cü il tarixdən start götürən futbol turnirinin davam etdiyi müddətdə SOCAR Sosial İnkişaf İdarəsinin N.Nərimanov adına Neftçala şəhər stadionunda 23 qrup oyunu, play-off, yarımfinal və final oyunları olmaqla ümumilikdə 31 qarşılaşma həyata keçirilib.
Final mərhələsində birincilik uğrunda Boyat və Aşağı Surra İƏDN-lərinin komandaları qarşılaşıb, əsas vaxt 1:1 hesabı ilə nəticələndiyi üçün penalti seriyasında Boyat komandası 5:4 hesabı ilə I yerin, Aşağı Surra komandası isə II yerin qalib olub.
III yer uğrunda mübarizədə Bankə qəsəbə və Aşağı Qaramanlı kənd İƏDN-ləri qarşılaşıb, əsas vaxt 0:0 hesabı ilə nəticələndiyi üçün əlavə vaxtda Aşağı Qaramanlı komandası 1:0 hesabı ilə qalib gələrək III yerə layiq görülüb.
Qalib komandaların bütün üzvləri Neftçala rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq olaraq medallarla, komanda kapitanları, fərqlənən hakim və futbolçular diplomla, Boyat komandası isə eyni zamanda kubokla təltif edilib.