Futbol veteranı serbiyalı futbolçulara embarqo tələb edir: "Obradoviç bir kəlmə ağzını açmadı"
- 22 İyl 2020 17:00
- 1146
Tanınmış futbol veteranı, "Neftçi"nin sabiq hücumçusu Səmədağa Şıxlarov serbiyalı futbolçuların Azərbaycanda oynamasına qadağa qoyulmasını tələb edir.
Rekord.az-a açıqlamasında o, bunun səbəbini son zamanlar baş verən məlum olaylarla əlaqələndirib: "Serblər ömür boyu burdan pul qazanıb. Oturaq yaxın 10-15 ili araşdıraq görək, nə qədər serb oynayıb burda və onlar nə qədər pul qazanıblar. Ətək-ətək pullar aparıblar burdan. Eyni zamanda bizim dövlətimiz onlara nə qədər yardımlar edib. Biz bunları etmişik ki, onlar erməniyə silah verib bizi bombalasınlar? Ona görə düşünürəm ki, baş verənlərə vətənaş kimi, futbol adamları dda biganə qalmamalıdır. Burdan klub prezidentlərimizə səalənirəm ki, serb futbolçulara embarqo qoysunlar, Serbiyadan futbolçu transfer etməsinlər. Müqaviləsi olan varsa da onunla müqaviləyə xitam verilməlidir".
Şıxlarov hazırda U-21 millimizin baş məşqçisi postunu tutan Milan Obradoviçi də tənqid edib: "Mən futbolu siyasətə qarışdırmaq istəmirəm, amma işin mənəvi tərəfi də var axı. Azərbaycanda oynayan serblər niyə səsini çıxarmır? Obradoviç ayda 20 min avro pul alır, niyə səsini çıxarmır? Bir kəlmə ağzını açıb danışmadı, münasibət bildirmədi. Axı sən burdan pul qazanırsan. Heç döyüşlər, şəhidlərimiz barədə də heç nə yazmadı, demədi. Gərək AFFA da bu məsələdə onu başa salaydı".