Futbola baxdığı üçün işdən qovuldu
- 12 İyl 2021 15:16
- 485
İngiltərə millisinin azarkeşi Nina Faruqi Avro-2020-nin yarımfinal mərhələsi çərçivəsində Danimarka ilə oyuna baxdığı üçün işdən qovulub.
Rekord.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Belə ki, xanım azarkeşin rəfiqəsi oyuna bilet qazanıb və onu da dəvət edib. Faruqi işdən icazə ala bilməyəcəyini düşünüb və rəhbərliyə xəstələndiyini söyləməyə qərar verib.
Lakin xanım azarkeşin futbol sevgisi ona baha başa gəlib. Belə ki, futbolun yayımı zamanı Ninanı görən şirkət rəhbərliyi onun işdən qovulmasına qərar verib.