Futbola görə həyat yoldaşını da boşamağa hazırdı
- 12 İyl 2021 14:17
- 544
Məşhur türkiyəli aktyor Aydemir Akbaş mirasını tərəfdarı olduğu kluba bağışlayacağını açıqlayıb.
Rekordo.az xəbər verir ki, aktyor “Qalatasaray” fanatı olması ilə də məşhurdur.
“Sərvətim çox deyil, amma mirasımı “Qalatasaray” cəmiyyətinə bağışlayacam.
Əvvəlcə ehtiyacı olan varmı deyə, yaxınlarıma baxacağam, onun əsasında qərar verəcəm. Klubum üçün həyat yoldaşımı da boşayaram”, - deyən aktyorun açıqlaması diqqət çəkib.
Aktyor “Kolpaçino” filmində canlandırdığı Sabri abi obrazına görə xalq arasında bu adla tanınır.