“Futbolçular fikirləşməlidir” - Azər Bağırov
- 05 Apr 2024 23:30
- 188
"Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 29-cu turu çərçivəsində keçirilən "Kəpəz"lə ev matçından sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Birinci hissədə normal futbol oynadıq, qol epizodlarımız oldu. İkinci hissədə isə qapımıza iki zərbə oldu və hər ikisi qolla nəticələndi. Üzücüdür. Futbolçular fikirləşməlidir. Tapşırdıqlarımızı icra etmək lazım idi, bunu etmədilər".