“Turan Tovuz”un bəzi aparıcı futbolçuları maaşlarının artırılmasını istəyib.

Rekord.az-a daxil olan məlumata görə, xüsusilə də yaşlı futbolçular heç olmasa 700-800 manat aylıq maaş istəyib.

Lakin klubun idman direktoru Nadir Nəbiyev onlara aylıq bu qədər maaş verək üçün pullarının olmadığını bildirib.

Qeyd edək ki, “Turan Tovuz”da aylıq maaş 400-500 manatdan yüksək deyil.