"Yuventus"un futbolçuları komandanın baş məşqçisi Andrea Pirlonun iş metodlarından narazıdırlar.

Rekord.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, oyunçuların çox yüngül məşqlər xoşlarına gəlmir.

Bundan başqa, onlar mütəxəssisin bəzi açıqlamalarını bəyənmir. Pirlonun "Milan"la matçdan əvvəl Uesto Makkenni haqda söylədiyi fikirlər buna nümunədir. Baş məşqi amerikalı oyunçunun 50 faiz yox, 100 faiz peşəkar olmalı olduğunu bildirib.

Qeyd edilir ki, Pirlodan narazı olan futbolçulardan biri klubdan ayrılacağını elan edən Canluici Buffondur.